“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Redaktor.az xəbər verir ki, növbəti həftə saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Siyəzən rayonunda (Mərkəzi Kitabxana), 3-cü günü Qusar rayonunda (Rəsm Qalereyası) və 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.