Bu işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı - QƏRAR

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət 2023-cü il martın 1-dək uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət 2023-ci il yanvarın 1-nə kimi nəzərdə tutulmuşdu.