Cahit Baxçı Orxan Əsgərovun yas mərasimində iştirak etdi - FOTO

 16:13 28.01.2023     372

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

"Hərbi atəşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik", - səfir bildirib.

Şəhidimizin ailəsinə başsağlığı verən diplomat qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.

Nərmin VÜQARQIZI

22