Sankt-Peterburdakı diasporumuz terror aktını pislədi - FOTO

 18:02 28.01.2023     1159

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücum Sankt-Peterburq və Leninqrad vilayətində yaşayan soydaşlarımızı hiddətləndirib.

Bu barədə Redaktor.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.

Diplomatik nümayəndəliklərə hücümun yolverilməz olduğu, insanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılması və terrorçuların cəzalandırılması tələb edilib.

2