Nazir Bakıdan Naxçıvana polis rəisi yolladı

 20:33 28.01.2023     395

Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

O, bundan qabaq Nəsimi rayon Polis İdarəsinin rəis müavini olub.

Qeyd edək ki, Eldar Qazıbəyov vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.