Sülhməramlıların maşınları aksiya yerindən maneəsiz keçdi

 13:51 29.01.2023     416

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Redaktor.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 22-yə çatıb.