Peyvənd olunanların son STATİSTİKASI

 17:00 29.01.2023     471

Azərbaycanda son sutkada 248 nəfər vaksinasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 95, ikinci doza vaksinlərin sayı 37 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 87-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 942 131 olub.

 

 

2