Yollardakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ 

 17:39 29.01.2023     428

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 30-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlayacağı ehtimalı var.