Orxan Əsgərovla vida mərasimi keçirilir

 09:19 30.01.2023     272

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun vaxtilə yaşadığı evdə təşkil olunur. 

Mərasimdə şəhidin ailəsi, yaxınları və həmkarları iştirak edir.

Vida mərasimindən sonra Orxan Əsgərovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.