Şəhid Orxan Əsgərov dəfn edildi - YENİLƏNİB - CANLI

 12:50 30.01.2023     774

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Redaktor.az xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.  

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir.

Redaktor.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak edir.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

Redaktor.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak edir.

Bununla yanaşı, sıravi vətəndaşlar O.Əsgərovun vaxtilə yaşadığı ünvana axın edir, şəhidə ehtiramlarını bildirir, cənazəsi üstünə tər güllər düzürlər.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq fəxri qarovul dəstəsi düzülüb.

Ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.

Hazırda mərhumla vida mərasimi davam edir.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, şəhidin cənazəsi Yeni Yasamalda vaxtilə yaşadığı ünvana gətirilib.

Vida mərasimində dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və O.Əsgərovun ailə üzvlər iştirak edir. 

Mərasimdən sonra şəhidin nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidindən götürülərək evinə aparılır.

Redaktor.az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı ünvanda keçiriləcək.

Vida mərasimdən sonra O.Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb (APA).

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB