Güneyli soydaşlarımız Təbrizdəki Baş Konsulluğunun qarşısına gül dəstələri düzür

 11:41 30.01.2023     289

Güney Azərbaycandan olan ailələr Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoyurlar.

Redaktor.az xəbər verir ki, məlumatı Güney Azərbaycana bağlı informasiya mənbələri yayıblar.

Fotoda gördüyünüz ailə Azərbaycanın dərdinə şərik olduqlarını bildirmək üçün diplomatik korpusun qarşısına gül dəstəsi düzüb.

Bildirilib ki, Güney Azərbaycan türkləri Təbrizdəki Baş Konsulluğun binası qarşısına gedərək gül dəstələrinin qoyulması ilə bağlı aksiya keçirilir. İran hakimiyyətinin hərbi-polis qüvvələri bu dinc və himanist addımın da qarşısını almaq üçün Baş Konsulluğa gedən küçə və prospektləri bağlayıb.

Qeyd edək ki, Təbrizin “Tarktor” futbol komandasının Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı açıqlama yayaraq hadisəni qınayıb: “Qardaş ağrısını, sadəcə, qardaş çəkər”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.