Nazirliyin İdarə rəisi nöqsanlara görə işdən çıxarıldı

 14:28 30.01.2023     336

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Azər Namazovun dövlət qulluğuna xitam verilib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, Azər Namazovun İdarə rəisi kimi tarixi mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyətində yol verdiyi nöqsanlara görə dövlət qulluğunda fəaliyyətinin müddəti uzadılmayıb və tutduğu vəzifədən azad edilib.