"Biz Ukraynaya F-16-lar verməyə hazırıq" - Polşa baş naziri

Polşa baş naziri Mateuş Moraveyski ölkəsinin Ukraynaya F-16 qırıcıları göndərməyə hazır olduğunu bəyan edib.
Redaktor.az "NEXTA"ya istinadən xəbər verir ki, o, F-16-ların tədarükünün NATO ilə koordinasiyalı şəkildə həyata keçirilə biləcəyini vurğulayıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Moraveyskinin bu açıqlamasını yüksək qiymətləndirib. O, "Telelgram" kanalında paylaşım edərək F-16-ların Ukrayna üçün vacib olduğunu yazıb.
"F-16-ların əldə olunması ilə bağlı danışıqlar davam edir. Bu tədarükün vacibliyini başa düşürük və tərəfdaşlarımızın dəstəyinə ümidliyik", - deyə Yermak qeyd edib.