Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanDI - FOTO

 16:30 30.01.2023     301

Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib.

Redaktor.az xəbər verir ki, aliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan kollegiyanın sədri qeyd edib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb: “Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 %-dən çox artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.

Xatırladaq ki, 2023-cü ildə Qarabağın bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.

Bu il sözügedən xərclərin üdcə xərclərində xüsusi çəkisi 9 %, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8 % təşkil edəcək.

2