Vilayət Eyvazov Səhlab Bağırovu yeni vəzifəyə təyin etdi

 18:25 30.01.2023     665

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının (ÇPA) komandiri, general-mayor Səhlab Bağırov vəzifəsindən azad olunub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.

Xatırladaq ki, daxili işlər orqanlarının nüfuzlu generallarından biri olan 60 yaşlı Səhlab Bağırov ÇPA-nın ilk komandiri olub. Daha sonra 2011-2019-cu illərdə BŞBPİ-nin rəis müavini vəzifəsində çalışıb. 2019-cu ildən isə yenidən ÇPA-ya komandir gətirilib.