123 nəfər hakim vəzifəsinə təyin edildi

 20:31 30.01.2023     325

Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə artırılmış 200 hakim ştatı üzrə hakimliyə namizədlərin davamlı və daha çevik seçim prosesi aparılaraq 123 nəfər yeni nəsil hüquqşünaslar seçilib hakim vəzifəsinə təyin ediliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq ötən dövrdə yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən 100-dən çox hakim yuxarı məhkəmə instansiyalarına irəli çəkilib, fəaliyyətində nöqsanlara yol verən hakimlər məhkəmələrdən kənarlaşdırılıb. Həmçinin bütün apellyasiya məhkəmələrinin sədrləri, ali və apellyasiya məhkəmələrinin kollegiya sədrləri yenilənib.

Kadr islahatlarında növbəti mühüm mərhələ olan Azərbaycan Prezidenti tərəfindən ötən ilin sonunda apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı aparılmış təyinatlar fəaliyyətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edib.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin edilmiş 50 nəfər məhkəmə sədri ilə görüşüb.

Hibrid formatda keçirilən görüşdə apellyasiya məhkəmələrinin sədrləri, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası aparatının aidiyyəti məsul işçiləri iştirak ediblər