Sahibkarlarla növbəti görüş Xaçmaz rayonunda keçiriləcək - FOTO

 22:38 30.01.2023     288

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Redaktor.az xəbər verir ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xaçmaz rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev küçəsi, Zəfər Parkında baş tutacaq .

“Səyyar qəbul otağı” fevralın 2-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.