Bu yollarda tıxac var

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Redaktor.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu " metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.