Azərbaycanda partlayışda 15 nəfər ölüb

2022-ci il ərzində respublika ərazisində 75 partlayış hadisəsi qeydə alınıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu da 2021-ci il ilə müqayisədə 2 hadisə və ya 3% azdır. Partlayışlar zamanı 15 nəfər həlak olmuş, 77 nəfər xəsarət almış və 6 nəfər xilas edilmişdir.