Mina qurbanlarının sayı AÇIQLANDI

 13:45 31.01.2023     342

“Vətən müharibəsi bitəndən indiyədək 282 insan mina qurbanı olub”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

ANAMA sədrinin sözlərinə görə, minaya düşən şəxslərdən 46-sı həlak olub. Daha 236 nəfər isə xəsarət alıb.