FHN tikinti şirkətinin “xüsusi icazə”sini ləğv etdi

 17:51 31.01.2023     460

Fövqəladə Hallar Nazirliyi tərəfindən “İon Tikinti” MMC-yə verilmiş “xüsusi icazə” həmin MMC-nin rəsmi müraciəti nəzərə alınaraq nazirliyin 16 yanvar tarixli əmri ilə ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əmrin ləğv edilməsi barədə FHN tərəfindən aidiyyəti qurumlar məlumatlandırılıb.

Qeyd edilib ki, sözügedən “xüsusi icazə” “İon Tikinti”yə ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasını həyata keçirmək üçün verilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək müvaf​iq qurğu, məntəqə, avadanlıq və vasitələrin layihələşdirilməsi və hazırlanması zamanı qeyd olunan MMC-yə verilmiş “xüsusi icazə”nin ləğv olunduğunun nəzərə alınmasını tövsiyə edib.