"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Siyəzəndə quruldu - VİDEO
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı"nın növbəti ünvanı Siyəzən rayonu olub.
Redaktor.az xəbər verir ki, ilk olaraq Xaçmaz RQİİ-nin rəisi Azər Abasov çıxış edərək aksiyanı açıq elan edib. Daha sonra mikrofon önünə sakinlər çıxaraq müraciətlərini ünvanlayıblar.
Birliyin operativ fəaliyyətini yüksək qiymətləndirən Arif Musayev fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.
Aksiyaya qatılan sahibkar Nəbi Hacıyev dövlət yoxlamasına göndərilmiş ona məxsus qaz sayğacının yenidən özünə verilməsini xahiş edib.
"Açıq mikrofon" aksiyasında səslənən digər müraciətlər küçə qaz xəttinin çəkilməsi və yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Daha ətraflı video materialdan izləyə bilərsiniz: