Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

"Avroviziya 2023" mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, püşkatma “Eurovision YouTube” kanalında, “BBC TWO” və BBC yayım xidməti “iPlayer”də yayımlanıb.
Nəticələrə əsasən, Azərbaycanda mayın 9-da birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Azərbaycan birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə ilə yarışacaq.
Müsabiqənin ikinci finalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.
Qeyd edək ki, müsabiqəni ötən il Ukrayna qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib.