Direktordan pul tələb edən sayt rəhbərinin məhkəməsi başlayır

 09:54 01.02.2023     252

“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Redaktor.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işi materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Əkbərlinin icraatına verilib.

Qeyd edək ki, rəsmi ittihama görə, Osman Rzayev Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələb edib .