Parlamentdə sənədsiz evlərdə yaşayanların qeydiyyat problemi qaldırıldı

 12:15 01.02.2023     234

“Bakıda sənədsiz evlərdə yaşayanlar polis şöbələrində qeydiyyatdan çıxarılır”.

Redaktor.az xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib ki, bu insanlar da Azərbaycan vətəndaşlarıdır: “Onlar hara getməlidir? Bu vətəndaşlarımızı ölkə sərhədlərindən kənara çıxarmalıyıq? Bu problem həllini tapmalıdır”.