Əmək pensiyası ilə bağlı layihə təsdiqləndi
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.
Redaktor.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyində yer alıb.
Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.