İcbari tibbi sığortada müştərək maliyyələşmə daha bir il təxirə salındı
Milli Məclis icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin 2024-cü il yanvarın 1-dək təxirə salınması məsələsini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.