“Sahibkarları boğur” - Deputatdan Gömrük Komitəsinə İTTİHAM

 16:18 01.02.2023     574

“Vergilər sahəsində yoxlamalar dayandırılıb. Lakin bizə edilən müraciətlərdə və mediada görünür ki, sahibkarlar Dövlət Gömrük Komitəsindən və Qida Təhlükəsizliyi Agentliyindən narazıdır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında səsləndirib.

Deputat bildirib ki, Gömrük Komitəsi inhisarçılıqla məşğuldur və sahibkarları lazımsız sənədlər içində boğur:

“Milli Məclis elektron xidmətlərin rasionallaşdırılması məqsədilə qanunlara, dəyişikliklərə səs verib. Azərbaycan Akkreditasiya Mərkəzindən sertifikatı olan şirkətlər incidilir, bu şirkətlərin əlini işdən soyudurlar”.

Etibar Əliyev vurğulayıb ki, vergi sahəsində aparılan yoxlamaların dayandırılmasına kölgə salınmamalıdır: “Bu, bir addım irəli, iki addım geri olmamalıdır”.