Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin etdi

 16:26 01.02.2023     739

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Zamin Həsənov Büroya rəis təyin olunub.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.