Rabitəbank mükafata layiq görüldü

 17:03 01.02.2023     863

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə keçirilən II Aqrobiznesin İnkişafı Forumunda Rabitəbank “Aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsullar təqdim edən bank!” mükafatına layiq görülüb.

Qeyd edək ki, ölkəmizdə sahibkarlığın inkişafına dəstək göstərən və kənd təsərrüfatının inkişafı üçün daima innovativ məhsullar təqdim edən Rabitəbank Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət fondu ilə əməkdaşlıq edən öncül banklardandır.

Forumda dövlət və özəl qurumlarının rəsmiləri, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumun keçirilməsində məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.