Bu yollarda tıxac var - SİYAHI

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Redaktor.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;
8. Yusif Səfərov küçəsi,mərkəz istiqamətdə;
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.