"Azəriqaz" rəhbərliyi Xaçmazda sahibkarların müraciətləri dinlədi  - VİDEO

 22:13 02.02.2023     246

"Bura gəlişimizin əsas məqsədi siz sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həllinə nail olmaqdır”.

Redaktor.az xəbər verir ki, bu sözləri "Azəriqaz” İstehsalat Birliyinİn İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev "Açıq mikrofon” aksiyasında bildirib.

Daha sonra KOBİA-nın nümayəndəsi sahibkarlara üz tutaraq üzləşdikləri problemlərin həllində köməklik göstərməyə hazır olduqlarını qeyd edib. Növbə sahibkarlara çatıb. Asif Şıxəliyev, Qiyas Salayev və Qalib Zeynalovun müraciətləri eyniyönümlü olub.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Ətraflı video materialda: