“Kiçik sızma varsa, sayğac dövr edir” - "Azəriqaz" rəsmisi

 12:46 03.02.2023     472

"Əgər sayğacda kiçicik sızma varsa, o zaman dövr edir". 

Redaktor.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı deyib. Şöbə rəisi əlavə edib ki, abonentlər qazların profilaktikasını mütəmadi həyata keçirsinlər:

"Sızma zamanı vətəndaş əlavə ödəniş etməli olur.  Mənzil daxili həm qaz cihazlarını,  həm daxili xətlərinin yoxlanılması vacibdir. Vətəndaşlar alarkən isidici qaz qurğularına diqqət yetirsinlər. Sertifakatı olmayana qaz qurğularının alınması məsləhət görülmür". 

X.Şimşək yeni layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb:

"Həmin sayğaclarda alarm kodlar olacaq. Bundan başqa, müəyyən platformalar olacaq. Abonentlər özlərinə aid olan sualları ora yazacaqlar və problem həll olunacaq. Yəni, artıq 104 xidmətini zədd vurmağa ehtiyac olmayacaq".

Həmidə İbrahimova