"Azərişıq" azad edilmiş ərazilərdəki abonentlərinin sayını açıqladı

"İşğaldan azad edilmiş ərazilərdə 700-750 abonentimiz var".
Redaktor.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilə dair hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı bildirib.
“Onların əksər hissəsi orada işlər aparan qeyri-əhalidir. Amma əhali abonentərimiz də var”, - deyə Araz Məmmədzadə bildirib.