Bakıdakı tıxacın səbəbi bilindi - AÇIQLAMA

 14:07 03.02.2023     1289

Bu gün paytaxtın Dövlət Bayrağı Meydanından "Azneft" dairəsinədək yolun bağlanmasına görə böyük tıxac yaranıb. Belə ki, yol polisi Dövlət Bayrağı Meydanının qarşısında şəhərin mərkəzinə doğru yolu bağlayaraq, avtomobilləri hissə-hissə buraxıb. Daha sonra Bakı İdman Sarayının qarşısında da yolun bağlanmasına görə, avtomobillər gözləməli olublar. Burada da uzun müddətdən sonra maşınlar hissə-hissə buraxılmağa başlanılıb.

Eyni zamanda, şəhərin başqa yollarında da tıxaclar yaşanıb.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin baş inspektoru Araz Əsgərli ilə əlaqə saxladıq.

Redaktor.az-a danışan qurum rəsmisi bildirdi ki, bugünkü tıxac Bakıda beynəlxalq miqyaslı tədbir keçirildiyi üçün yaranıb.

Həmidə İbrahimova