"Azəriqaz"a ünvanlanan müraciətlərin səbəbləri AÇIQLANDI - FOTO

 15:58 03.02.2023     425

SOCAR “Azəriqaz” İstehsalat Birliyində “Açıq qapı” aksiyası keçirilib.

Redaktor.az xəbər verir ki, görüşdə ilk olaraq Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək çıxış edərək ünvanlanan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi ötən ilin yanvar ayı ilə müqayisədə bəzi müraciətlərin sayında azalmanın, bəzilərində isə artımın qeydə alındığını bildirib. Qurum rəsmisi ümumilikdə isə anoloji dövrlə müqayisədə 291 müraciətin az daxil olduğunu qeyd edib.

Aksiyada çıxış edən Eldəniz Vəliyev isə İctimaiyyətlə Əlaqələr şöbəsinə ünvanlanan müraciətlər haqqında məlumat verib. Qurum rəsmisi qeyd edib ki, yataqxana tipli binaların qazlaşdırılmaması və MTK-larla sakinlər arasında yaranan problemlərin səbəbkarı kimi Birliyin göstərilməsi ilə bağlı ünvanlanan müraciətlər nisbətən üstünlük təşkil edib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran digər sualların cavablandırılması ilə davam edib.