AQTA 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarladı

 17:06 03.02.2023     390

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu barədə Redaktor.az-a AQTA-dan məlumat verilib.

Bildirirlib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Məhəllə" market

Nəsimi rayonu, E.Tağıyev və V.Plotnikov küçələrinin
kəsişməsi, ev 746

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"28" topdan satış mağazası

Nəsimi rayonu, M.Qaşqay küç., ev 11

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3

"Murad" topdan satış mağazası

Nəsimi rayonu, M.Qaşqay küç., ev 10, m. 2

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4

"Bakı" topdan satış mağazası

Nəsimi rayonu, V.Plotnikov küç., ev 29

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Ev şəraitində hazırlanan məhsulların satışı

5

Alıyev Sahib Qurbət oğluna məxsus ərzaq mağazası

Şamaxı şəhəri, Ü.Hacıbəyov küçəsi

1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3.Ev şəraitində hazırlanan məhsulların satışı

İctimai iaşə müəssisələri

6

"Continental" hotelində restoran

Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 13

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

7

"Çörək Ağacı" kafesi

Yasamal rayonu, İzmir küç., ev 9

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

8

"Qədim Qəbələ" restoranı

Yasamal rayonu, A.M.Şərifzadə küç., ev 33

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Ev şəraitində hazırlanan məhsulların satışı

9

"Love City" kafesi

Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

10

"New Baku" hotelində restoran

Nəsimi rayonu, H.Əliyev küç., ev 9C

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

11

"Əriklik" restoranı

Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

2