Bakıda avtomobil qaçırıldı

Bakıda avtomobil qaçırılıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 3-ü saat 22 radələrində Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.