Beynəlxalq səyyahlar Azıx mağarasına baxdılar

 10:54 04.02.2023     479

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarası ilə tanış olublar.

Redaktor.az xəbər verir ki, turistlərə bu nadir arxeoloji abidənin – ən qədim yaşayış yerlərindən biri olan ərazinin tarixi haqqında məlumat verilib.

Azıx mağarası 14 km. Füzuli şəhərindən şimal-qərbdə, Azıx kəndi yaxınlığında, Quruçay çayının sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdədir.

Səyyahlar Qarabağda və Şərqi Zəngəzurda üçgünlük səfərdədirlər.

Qeyd edək ki, Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda, Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir.