Nazirlik daha bir qanunsuz tikinti aşkarladı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti daha bir qanunsuz tikintiyə qarşı tədbir görüb.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında anbar binasının inşası zamanı aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.