Sülhməramlıların 26 maşını aksiya yerindən keçdi

 11:07 05.02.2023     345

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 15 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

Redaktor.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

Belə ki, 1 minik və 14 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 26-ya çatıb.