Bakıya qar yağacaq

 13:13 06.02.2023     1911

Bakıda və Abşeron yarımadasında fevralın 07-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, fevralın 08-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 09-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 09-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.

Yağıntı: Fevralın 07-də gecə saatlarından başlayaraq Respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 08-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

Külək: Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu: ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
Fevralın 11-dək yollar buz bağlayacaq.