"Süni zəlzələni təbiidən ayıra bilirik" - Seysmoloji Xidmət Mərkəzinin baş direktoru
"Türkiyədə təbii zəlzələ baş verib. Süni zəlzələni təbii zəlzələdən ayıra bilirik".
Redaktor.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təkanlar yerdaxili gedən genodinamik proseslər nəticəsində baş verib.