Azərbaycanlı jurnalistlər türkiyəli həmkarlarına başsağlığı verdi

 14:29 06.02.2023     395

Türkiyənin 10 bölgəsində baş verən təbii fəlakətlə bağlı Azərbaycan Parlament Jurnalistlər Birliyi (PJB) türkiyəli həmkarlarına başsağlığı verib.

Redaktor.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Qardaş ölkədə zəlzələ nəticəsində çoxsaylı insan itkisindən ciddi narahatıq. Bu acı yalnız Türkiyənin deyil, həm də Azərbaycanın acısıdır. 

Nə yazıq ki, təbii fəlakətdən sığortalanmaq mümkün deyil. Biz Türkiyədə baş verən faciəni öz faciəmiz kimi qəbul edirik. 

Jurnalist dostlarımıza, bütün Türkiyəyə bu itkilərdən dolayı səbr, dözüm diləyirik.

Türkiyə güclü, qüdrətli, tarixi bir ölkədir. Əminik ki, qardaş ölkəmiz bu faciənin də bütün nəticələrini geridə qoyacaq. Təbii ki, insan itkisini heç zaman geri qaytarmaq mümkün olmayacaq. 

Bir daha zəlzələ nəticəsində həyatlarını itirən insanlara Allahdan rəhmət diləyirik. Yaralı qardaş, bacılarımıza şəfa arzulayırıq. Türkiyə sağ olsun, Azərbaycan sağ olsun!

Azərbaycan hər zaman Türkiyənin yanında olduğu kimi biz də Türkiyəmizin, jurnalist dostlarımızın yanındayıq".