Qənirə Paşayeva Türkiyədə zəlzələdən zərər çəkənlərə maddi yardım etdi

 15:33 06.02.2023     428

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyədə gecə saatlarında baş vermiş, insan təlafatı və böyük dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı çağırış edib.

Millət vəkili Redaktor.az-a bildirib ki, dünyanın harasında doğulub-yaşamasından asılı olmayaraq bütün türklər, hər bir xeyirxah insan imkanları daxilində Türkiyədə zəlzələdən zərər çəkənlərə maddi və mənəvi dəstək göstərməlidir.

Qənirə Paşayeva öz maaşının bir hissəini AFAD-ın (Türkiye Cumhuriyeti İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı) hesabına köçürdüyünü də açıqlayıb.

Qeyd edək ki, qardaş ölkənin Cümhurbaşqanlığının təlimatı ilə ölkə içi və ölkə xaricindən ediləcək yardımlar AFAD-ın koordinatorluğu ilə həyata keçiriləcək.

T.İSMAYIL

2