Media reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək - AÇIQLAMA

Azərbaycanda media reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək.
Redaktor.az Trend-ə istinadla xəbər verir ki, bunu bu gün Mətbuat Şurasının toplantısında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları reyestrdən keçməlidir.
"Biz bununla bağlı media subyektlərinə 6 ay müddət müəyyən etmişik. Azərbaycanda media subyekti fəaliyyətini bəyan etməlidir. Fəaliyyətini bəyan etmək üçün də həmin qurum media reyestrindən keçməlidir. 6 ay müddətində hansısa media subyekti media reyestrindən keçmirsə, biz həmin qurumu aşkarlayıb onun barəsində məhkəməyə müraciət edəcəyik. Məhkəmə də həmin media subyektinin fəaliyyətinə xitam verəcək", - icraçı direktor qeyd edib.