Türkiyədən karqo daşımalarında gecikmə yaranacaq

 17:23 06.02.2023     463

Türkiyədə mövcud hava şəraiti ilə əlaqədar İstanbul Hala Limanı və Sabiha Gökçen aeroportundan bir sıra istiqamətlərə, o cümlədən Azərbaycana uçuşlar təxirə salınması səbəbindən ölkəmizə gələn karqo daşımalarında gecikmələr mümkündür.

Redaktor.az xəbər verir ki, artıq bu barədə bəzi karqo şirkətləri öz müştərilərinə xəbərdarlıq edib.

Qeyd edək ki, hazırda dövlət poçt operatoru ilə yanaşı Türkiyədən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 60-dan artıq şirkət fəaliyyət göstərir. Onlar həftənin 6 günü müşərilərinə bu xidməti göstərir.