Keçmiş rektor yeni vəzifəyə seçildi
38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) sədri Seymur Hüseynovun vəfat etməsi ilə əlaqədar DSK-ya yeni üzv seçilib.
Redaktor.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının DSK üzvlüyünə yeni namizədi İbrahim Cəfərov olub.
Məsələ bu gün Mərkəzi Seçki Komissiyasının iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, İbrahim Cəfərov 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub (apa).