DTX Türkiyədəki zəlzələ ilə bağlı paylaşım etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib.
Redaktor.az-ın məlumatına görə, bu barədə DTX-nın feysbuk hesabında paylaşım edilib.
“Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli qardaşlarımıza dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir!” - paylaşımda qeyd olunub.
T.İSMAYIL
