Türkiyədə zəlzələdə itkin düşən azərbaycanlı bacılardan biri tapıldı

Türkiyənin Kahramanmaraş şəhərində yaşayan azərbaycanlılardan itkin düşmüş Günel Qayıbova axtarışlar nəticəsində tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat verib:
"Günel Qayıbovanın hazırda vəziyyəti normaldır. Ondan 6 km uzaqlıqdakı bacısı Nərgiz Qayıbova və övladlarının axtarışı davam etdirilir".